• Home  
  • Almatıda enerji böhranı güclü tıxaclara səbəb olub
- Dünya - Gündəm - Hadisə

Almatıda enerji böhranı güclü tıxaclara səbəb olub

Almatıda elektrik enerjisinin verilişində yaranmış fasilələr və işıqforların kütləvi şəkildə sönməsi nəticəsində 8 ballıq tıxaclar yaranıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir. Almatıda bir çox yolayrıcında işıqforların işləməməsi nəticəsində hərəkət əhəmiyyətli dərəcədə çətinləşib. Abay, Əl-Fərabi, Rayımbek və Nazarbayev prospektlərində, eləcə də Satbayev, Jandosov və Tole bi küçələrində tıxaclar yaranıb. Kanye Uestin […]

Almatıda elektrik enerjisinin verilişində yaranmış fasilələr və işıqforların kütləvi şəkildə sönməsi nəticəsində 8 ballıq tıxaclar yaranıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Almatıda bir çox yolayrıcında işıqforların işləməməsi nəticəsində hərəkət əhəmiyyətli dərəcədə çətinləşib. Abay, Əl-Fərabi, Rayımbek və Nazarbayev prospektlərində, eləcə də Satbayev, Jandosov və Tole bi küçələrində tıxaclar yaranıb.

Kanye Uestin konsertinin keçirilməsi ilə əlaqədar Mərkəzi stadion ərazisində hərəkətin məhdudlaşdırılması yolların daha da yüklənməsinə səbəb olub.

“KEGOC” sistem operatoru bərpa işləri aparır. Bir sıra regionlarda elektrik enerjisinin verilişi artıq bərpa olunub. Vəziyyət Energetika Nazirliyinin nəzarətindədir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.