• Home  
  • Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
- Dünya - Gündəm - KriminaI

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Türkiyənin Ankara şəhərində axtarışda olan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, saxlanılan şəxslər barəsində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 6 il 3 ay müddətinə qəti həbs cəzası çıxarılıb. Ankara Jandarm Cinayət Araşdırma Qrupu (JASAT) tərəfindən şəhər ərazisində axtarışda olan şəxslərin müəyyən edilərək […]

Kriminal

Türkiyənin Ankara şəhərində axtarışda olan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər barəsində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 6 il 3 ay müddətinə qəti həbs cəzası çıxarılıb.

Ankara Jandarm Cinayət Araşdırma Qrupu (JASAT) tərəfindən şəhər ərazisində axtarışda olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə əməliyyat keçirilib.

Əməliyyat zamanı axtarışda olan iki FETÖ üzvü saxlanılıb.

Onlar barəsində müvafiq prosedurlar həyata keçirildikdən sonra cəzaçəkmə müəssisəsinə təhvil veriliblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.