• Home  
  • Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
- Gündəm - Ölkə - Siyasət

Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 101 xarici vətəndaşı ölkədən deportasiya ediblər. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş kompleks tədbirlər nəticəsində Türkiyə, Filippin, Türkmənistan, Hindistan, Rusiya, Keniya, Azərbaycan, Kuba, Özbəkistan, Belarus, Misir, İordaniya, Fil Dişi Sahili, Nepal, Pakistan, Çin, Əlcəzair, […]

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 101 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş kompleks tədbirlər nəticəsində Türkiyə, Filippin, Türkmənistan, Hindistan, Rusiya, Keniya, Azərbaycan, Kuba, Özbəkistan, Belarus, Misir, İordaniya, Fil Dişi Sahili, Nepal, Pakistan, Çin, Əlcəzair, Nigeriya, Ermənistan və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya olunublar.

Qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.

Bildirilib ki, cari ilin əvvəlindən indiyədək Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 600-dən çox xarici vətəndaş ölkədən deportasiya olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.