Rusiya Federasiyasının (RF) Arxangelsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Pomoryenin səhiyyə naziri Dmitri Boqdanov bildirib.
“Reanimatoloqların bütün səylərinə baxmayaraq, pasiyenti xilas etmək mümkün olmadı”, – region hökumətinin “Telegram” kanalında onun sözləri sitat gətirilir.
Şimali Arktika Federal Universitetinin 22 yaşlı tələbəsi Viktoriya Dunayeva vəfat edib.
Xatırladaq ki, sentyabrın 11-də M-8 avtoyolunda oduncaq daşıyan “KamAZ” markalı ağacdaşıyan yük avtomobili, avtobus və minik avtomobili toqquşub.


