• Home  
  • Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub

Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib. Bundan başqa, 4 nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib, digərləri, o cümlədən 14 yaşlı […]

Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub.

Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib.

Bundan başqa, 4 nəfər, o cümlədən 1 uşaq xəsarət alıb. Xəsarət alanlardan ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib, digərləri, o cümlədən 14 yaşlı yeniyetmə isə xəstəxanaya göndərilib.

Qubernator qeyd edib ki, zərbə nəticəsində, həmçinin bir tikili yanıb və minik avtomobili zədələnib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.