• Home  
  • Astarada 18 kiloqram narkotik aşkarlanıb
- Gündəm - Hadisə - Ölkə

Astarada 18 kiloqram narkotik aşkarlanıb

Astarada narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslər həbs olunublar. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə saxlanılan 45 yaşlı Vüqar Quliyevin idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb. Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən edilib. […]

Astarada narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslər həbs olunublar.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə saxlanılan 45 yaşlı Vüqar Quliyevin idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb. Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq T.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.