Ermənistanın Armavir vilayətinin Sardarapat kəndinə gedən yoldakı yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin regional idarəsindən bildirilib.
İlkin məlumatlara görə, iki nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürmə-xilasetmə briqadaları göndərilib.


