• Home  
  • Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
- Gündəm - Idman

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək

İyulun 20-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq. “Əks-səda” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış Bakı bulvarında baş tutacaq. Çempionatda paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində […]

İyulun 20-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq.

Əks-səda” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış Bakı bulvarında baş tutacaq.

Çempionatda paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışacaqlar. Bundan başqa, iştirakçılar ilk dəfə qarışıq növdə (mix) də mübarizə aparacaqlar.

Qeyd edək ki, açıq Bakı çempionatının keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.