• Home  
  • Türkiyə meşə yanğınları ilə mübarizə aparır
- Dünya - Gündəm - Hadisə

Türkiyə meşə yanğınları ilə mübarizə aparır

Artıq bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verir. Hazırda ölkənin İzmir və Kütahya vilayətlərində yanğınlarla mübarizə davam edir. Əks-səda xəbər verir ki, İzmirin Narlıdərə rayonunda yerləşən meşəlik sahədə baş verən yanğının söndürülməsinə şəhərin Meşə Regional Müdirliyinə məxsus 4 təyyarə, 6 helikopter, 25 yanğınsöndürən maşın, 5 su təchizat avtomobili və 3 buldozer cəlb edilib. […]

Artıq bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verir. Hazırda ölkənin İzmir və Kütahya vilayətlərində yanğınlarla mübarizə davam edir.

Əks-səda xəbər verir ki, İzmirin Narlıdərə rayonunda yerləşən meşəlik sahədə baş verən yanğının söndürülməsinə şəhərin Meşə Regional Müdirliyinə məxsus 4 təyyarə, 6 helikopter, 25 yanğınsöndürən maşın, 5 su təchizat avtomobili və 3 buldozer cəlb edilib.

Kütahyanın Tavşanlı rayonundakı yanğına isə çox sayda yanğınsöndürən maşınlar və yanğınsöndürmə helikopteri ilə müdaxilə edilir. Yanğınların başvermə səbəbi müəyyən edilməyib.

Qeyd edək ki, hidrometeoroloqlar Türkiyə ərazisində mövsüm normalarından yüksək olan isti hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.