Çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib, hücumlar nəticəsində altısı “Ukrayna Dəmir Yolları”nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb.
Əks-səda xəbər verir ki, bu barədə “Facebook”da UDY-nin rəhbəri Aleksandr Pertsovski məlumat paylaşıb.
Onun sözlərinə görə, hədəf əvvəlcədən müəyyənləşdirilib, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib, ona lazımi yardım göstərilir.
Şirkət rəhbəri genişmiqyaslı dağıntılar barədə danışıb: deponun yaxınlığında sex tamamilə dağılıb, xilasedicilər hələ də bir sıra yanğın ocaqlarını söndürürlər.
Zərbə səbəbindən iki xəttdə hərəkət müvəqqəti olaraq bağlanıb.


