• Home  
  • AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
- Gündəm - Idman - Ölkə

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçını keçirəcək. Əks-səda xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gələcək. Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək. Qrupun digər oyununda, saat 15:30-da isə Niderland və Portuqaliya yığmaları münasibətləri aydınlaşdıracaq. Xatırladaq ki, C qrupunun oyunları […]

İdman

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçını keçirəcək.

Əks-səda xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.

Qrupun digər oyununda, saat 15:30-da isə Niderland və Portuqaliya yığmaları münasibətləri aydınlaşdıracaq.

Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İki turdan sonra Azərbaycan millisi 6 xalla qrup lideridir. Belçika (5 xal) ikinci, Niderland (2 xal) üçüncüdür. Hərəyə 1 xalı olan Rumıniya ilə İspaniya müvafiq olaraq 4-5-ci yerləri bölüşürlər. Xalı olmayan Portuqaliya sonuncu – altıncıdır.

Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.