• Home  
  • Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırıb
- Dünya - Gündəm - Siyasət

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırıb

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya təzyiqin davam etdirilməsini və onun gəlir mənbələrinin azaldılmasını nəzərdə tutan 21-ci sanksiya paketini razılaşdırıblar. Əks-səda xəbər verir ki, bu barədə İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makenti “X” hesabında yazıb. “İrlandiyanın Aİ Şurasına sədrliyinin ilk həftələrində 21-ci sanksiya paketini razılaşdıra bildiyimiz üçün şadam. Bu paket Rusiyanın gəlir mənbələrinə əlavə zərbə vurur, […]

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya təzyiqin davam etdirilməsini və onun gəlir mənbələrinin azaldılmasını nəzərdə tutan 21-ci sanksiya paketini razılaşdırıblar.

Əks-səda xəbər verir ki, bu barədə İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makenti “X” hesabında yazıb.

“İrlandiyanın Aİ Şurasına sədrliyinin ilk həftələrində 21-ci sanksiya paketini razılaşdıra bildiyimiz üçün şadam. Bu paket Rusiyanın gəlir mənbələrinə əlavə zərbə vurur, onun kölgə donanmasının fəaliyyətini məhdudlaşdırır və tədarük zəncirlərini pozur. Avropa Rusiyanın təcavüzkar müharibəsinə qarşı mübarizəsində Ukraynanı dəstəkləyir”, – o yazıb.

İrlandiya iyulun 1-dən Aİ Şurasına sədrlik edir.

Yeni sanksiyalar paketinin təfərrüatlarının Avropa Komissiyası və Aİ Şurası tərəfindən daha sonra təqdim ediləcəyi gözlənilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.