Melburnda (Avstraliya) eniş edərkən yüngül mühərrikli təyyarənin avtomobillə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Əks-səda ABC-yə istinadən xəbər verir ki, hadisə Lilideyl hava limanı yaxınlığında baş verib.
Fövqəladə hallar xidmətlərinin məlumatına görə, eniş edən təyyarə avtomobillə toqquşub. Nəticədə təxminən 60 yaşlı qadın və təxminən 70 yaşlı kişi xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Hadisənin şahidi təyyarə və avtomobilin zədələndiyini bildirib. Onun sözlərinə görə, hava gəmisi toqquşmadan sonra geri dönərək uçuş-enmə zolağına enib, avtomobilin üst örtüyü və ön şüşəsi isə zədələnib.
Telekanalın məlumatına görə, təyyarə “Lilydale Flying School” uçuş məktəbinə məxsusdur.


