Argentinalı futbolçu Entso Fernandesin “Çelsi”dən “Mançester Siti”yə keçməsi ilə İngiltərə Premyer Liqasında transfer rekordu təkrarlanıb.
Əks-səda xəbər verir ki, “şəhərlilər” yarımmüdafiəçi üçün London klubuna 145 milyon avro ödəyib.
Bu isə “Liverpul”un Aleksader İsak üçün “Nyukasl”a verdiyi məbləğlə bərabərdir.
Xatırladaq ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Entso Fernandes 2023-cü ildən “Çelsi”də çıxış edir.


