• Home  
  • Azərbaycanla Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi sazişi təsdiqlənib
- Gündəm - Siyasət

Azərbaycanla Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi sazişi təsdiqlənib

Milli Məclis Azərbaycanla Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi sazişini ratifikasiya edib. “Əks-səda” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqi haqqında qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub. Layihə barədə məlumat verən parlamentin Beynəlxalq münasibətlər […]

Milli Məclis Azərbaycanla Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi sazişini ratifikasiya edib.

Əks-səda” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiqi haqqında qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.

Layihə barədə məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu gün Azərbaycanın Afrika qitəsində aktivliyi gözəçarpan əhəmiyyətli və çox vacib bir istiqamətdə cərəyan edir:

“Diplomatik və xidmətli pasportlara malik olan vətəndaşlar artıq 87 və ümumvətəndaş pasportuna malik olan vətəndaşlar isə 22 ölkəyə tam sərbəst gedə bilərlər. Sazişin təsdiqi ilə siyahıya Sudan əlavə olunur”.

Layihə daha sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.