İsrail hərbçiləri Livanın cənubunda radikal “Hizbullah” təşkilatının obyektlərinə yeni zərbələr endirib.
Əks-səda xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr “Hizbullah” tərəfindən Livanın cənubundakıtəhlükəsizlik zonasında yerləşən İsrail hərbçiləri istiqamətində iki pilotsuz uçuş aparatının buraxılmasına cavab olaraq endirilib. Hərbçilər xəsarət almayıblar.
Bundan sonra İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib.


