• Home  
  • Azərbaycan və İordaniya arasında viza tələbindən azad edilmə haqda saziş təsdiqlənib
- Gündəm - Ölkə - Siyasət

Azərbaycan və İordaniya arasında viza tələbindən azad edilmə haqda saziş təsdiqlənib

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib. Əks-səda xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin payız sessiyasının bugünkü – ilk iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcəklər. 2026-cı il iyulun 8-də Bakı […]

Siyasət

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib.

Əks-səda xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin payız sessiyasının bugünkü – ilk iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcəklər.

2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.