• Home  
  • Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə olunub
- Dünya - Gündəm - KriminaI

Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə olunub

Portuqaliya sahillərində Atlantik okeanında keçirilən beynəlxalq əməliyyat zamanı 2,6 tondan çox kokain daşıyan yüksəksürətli qayıq saxlanılıb. Əks-səda xəbər verir ki, əməliyyat İtaliyanın Maliyyə Qvardiyası, Portuqaliya və İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində həyata keçirilib. Məlumata görə, narkotik maddə Cənubi Amerikadan böyük gəmilər vasitəsilə gətirilən yükləri götürmək üçün istifadə edilən xüsusi sürətli qayıqda aşkarlanıb. Qayıqda olan dörd nəfər […]

Portuqaliya sahillərində Atlantik okeanında keçirilən beynəlxalq əməliyyat zamanı 2,6 tondan çox kokain daşıyan yüksəksürətli qayıq saxlanılıb.

Əks-səda xəbər verir ki, əməliyyat İtaliyanın Maliyyə Qvardiyası, Portuqaliya və İspaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Məlumata görə, narkotik maddə Cənubi Amerikadan böyük gəmilər vasitəsilə gətirilən yükləri götürmək üçün istifadə edilən xüsusi sürətli qayıqda aşkarlanıb.

Qayıqda olan dörd nəfər – iki İspaniya vətəndaşı, Cəbəllütariq sakini və İtaliyada yaşayan Albaniya vətəndaşı saxlanılıblar.

İstintaqa İtaliyanın Breşia Şəhər Prokurorluğu rəhbərlik edir.

Rəsmi məlumatda bildirilir ki, müsadirə olunan kokainin topdansatış dəyəri təxminən 78 milyon avro, pərakəndə satışdan əldə edilə biləcək gəliri isə 500 milyon avroya yaxındır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.