• Home  
  • Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- Gündəm - Idman - Ölkə

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 3 boksçusu 1/4 finala yüksəlib. Əks-səda Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) bu mərhələyə vəsiqə qazanıblar. N.Qasımov ikinci döyüşündə çexiyalı Doryan Kropoqa üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ingiltərəli […]

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 3 boksçusu 1/4 finala yüksəlib.

Əks-səda Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) bu mərhələyə vəsiqə qazanıblar.

N.Qasımov ikinci döyüşündə çexiyalı Doryan Kropoqa üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ingiltərəli Ruben Hujmannla üz-üzə gələcək.

Ə.Baxışov xorvatiyalı Petar Krpanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda slovakiyalı Kristian Haraşiklə mübarizə aparacaq.

Ş.Aslanov rusiyalı Muhammad Ali Seferbekovdan üstün olub – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 29:28). İdmançı 1/4 finalda ingiltərəli Yaşua Flemminqlə qarşılaşacaq.

Bununla da oğlan boksçuların yarışında 1/4 finala yüksələn Azərbaycan təmsilçilərinin sayı 4-ə çatıb. Daha əvvəl Əli Əliyev (50 kq) də bu hüquqa yiyələnib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.