• Home  
  • Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
- Gündəm - Ölkə - Siyasət

Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb. Nazirlər Azərbaycan və Kolumbiya arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin […]

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb.

Nazirlər Azərbaycan və Kolumbiya arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin BMT daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də regional və beynəlxalq proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Kolumbiya Respublikası Hökuməti arasında “Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb ki, bu da Azərbaycan və Kolumbiya arasında hüquqi və institusional bazanı daha da möhkəmləndirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.