Bakı-Şamaxı avtomobil yolunun bir hissəsində asfalt qatı çöküb.
“Əks-səda” xəbər verir ki, hadisənin şahidi olan vətəndaşların sözlərinə görə, çökmə sözügedən yolda Bakı istiqamətində qeydə alınıb:
“Bakı-Şamaxı yolunda Cəngi kəndindən üzü Bakı istiqamətində yolun bir hissəsi çöküb. Bu hal sürücülərin hərəkətinə çətinlik və təhlükə yaradır. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik”.


