• Home  
  • Bakı limanında 7 ayda 72 min TEU-dan çox konteyner aşırılıb
- Gündəm - İQTİSADİYYAT - Ölkə

Bakı limanında 7 ayda 72 min TEU-dan çox konteyner aşırılıb

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 72 min TEU-dan çox konteyner aşırılıb. Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin 7 ayının göstəricisindən 20 % çoxdur. Analoji dövrdə limanda quru yüklər üzrə də müsbət dinamika qeydə alınıb. Belə ki, 7 aylıq dövrdə 1,4 milyon […]

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 72 min TEU-dan çox konteyner aşırılıb.

Əks-səda xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin 7 ayının göstəricisindən 20 % çoxdur.

Analoji dövrdə limanda quru yüklər üzrə də müsbət dinamika qeydə alınıb. Belə ki, 7 aylıq dövrdə 1,4 milyon tondan çox quru yük aşırılıb ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 82 % yüksəkdir.

Ümumilikdə bu ilin yanvar-iyul dövründə limanda 4,8 milyon tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.