• Home  
  • Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək
- Cəmiyyət - Gündəm - Ölkə

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əks-səda xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Bildirilib ki, bu zaman “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək; qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə […]

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Əks-səda xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, bu zaman “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək; qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək; oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq; Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

“Metro ilə yanaşı, stadiona M4 və M6 ekspres marşrutları ilə rahat gedə bilərsiniz. Xüsusi ayrılmış avtobuslar isə “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından gediş-gəlişi təmin edəcək”, – deyə açıqlamada qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.