Ənənəvi mövsümlərarası keçidlə əlaqədar sentyabrın 19-dan etibarən Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik ediləcək.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.
Qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almağı tövsiyə edilir.


