Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı minik avtomobili körpüdən köməkçi yola aşıb.
Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
İlkin məlumata görə, qəzaya uğrayan 10 HH 919 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Vüsal Nəsirli yüngül xəsarətlər alıb.
Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.


