• Home  
  • Bakıda Zeytun Festivalının rəsmi açılışı olub
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda Zeytun Festivalının rəsmi açılışı olub

Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının oktyabrın 24-də rəsmi açılışı olub. Əks-səda xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar. Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir. Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin […]

Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının oktyabrın 24-də rəsmi açılışı olub.

Əks-səda xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarov festivalda pavilyonlarla tanış olublar.

Pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim edilir.

Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Oktyabrın 25-də də davam edəcək festivalda gün ərzində müxtəlif əyləncə proqramları, estrada ulduzlarının konsertləri də təşkil olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.