• Home  
  • Bakıda məktəblər dezinfeksiya edilir
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda məktəblər dezinfeksiya edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri çərçivəsində təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir. Əks-səda xəbər verir ki,  bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, yeni tədris ili ərəfəsində məktəblərin tədris avadanlıqları ilə təminatı, sinif otaqlarının və digər təlim məkanlarının hazırlıq vəziyyətinin yoxlanılması, ərazilərin abadlaşdırılması, həmçinin təhsil […]

Cəmiyyət

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri çərçivəsində təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir.

Əks-səda xəbər verir ki,  bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, yeni tədris ili ərəfəsində məktəblərin tədris avadanlıqları ilə təminatı, sinif otaqlarının və digər təlim məkanlarının hazırlıq vəziyyətinin yoxlanılması, ərazilərin abadlaşdırılması, həmçinin təhsil müəssisələrinin tam hazır vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər görülür.

Məqsəd şagirdlərin müasir, təhlükəsiz və sağlam təhsil mühitində təhsil almalarını təmin etmək, təlim prosesinin keyfiyyətli təşkili üçün zəruri şəraiti yaratmaq, eləcə də təhsil müəssisələrinin yeni tədris ilinə tam hazırlığını təmin etməkdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.