• Home  
  • Tbilisidə 20 uşaq bağçasından 55 uşaq zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib
- Dünya - Gündəm - Hadisə

Tbilisidə 20 uşaq bağçasından 55 uşaq zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib

Tbilisinin 20 uşaq bağçasından azı 55 uşaq və bir tərbiyəçi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Qurumun məlumatına görə, uşaqlar və tərbiyəçi tibbi yardım üçün Tbilisinin altı xəstəxanasına müraciət ediblər. İlkin olaraq müəyyən edilib ki, zəhərlənməyə uşaq bağçalarında verilən qida səbəb ola […]

Hadisə

Tbilisinin 20 uşaq bağçasından azı 55 uşaq və bir tərbiyəçi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Əks-səda TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, uşaqlar və tərbiyəçi tibbi yardım üçün Tbilisinin altı xəstəxanasına müraciət ediblər.

İlkin olaraq müəyyən edilib ki, zəhərlənməyə uşaq bağçalarında verilən qida səbəb ola bilər. Söhbətin bakterial infeksiyadan getdiyi ehtimal olunur.

Faktla bağlı cinayət işi açılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.