• Home  
  • Başqırdıstanda ticarət mərkəzində yanğın baş verib, 4 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Başqırdıstanda ticarət mərkəzində yanğın baş verib, 4 nəfər ölüb

Başqırdıstanın (Rusiya) Sterlitamak şəhərində “Solneçnıy” ticarət mərkəzində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. “2100 kv.m sahədə yanğının lokallaşdırıldığı elan edilib. Dəqiqləşdirilmiş məlumatlara görə, binada olanlardan 4-ü həlak olub, 4-ü isə xəstəxanaya yerləşdirilib”, – məlumatda bildirilib. Yanğın […]

Hadisə

Başqırdıstanın (Rusiya) Sterlitamak şəhərində “Solneçnıy” ticarət mərkəzində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

“2100 kv.m sahədə yanğının lokallaşdırıldığı elan edilib. Dəqiqləşdirilmiş məlumatlara görə, binada olanlardan 4-ü həlak olub, 4-ü isə xəstəxanaya yerləşdirilib”, – məlumatda bildirilib.

Yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində qeydə alınıb.

Binadan 17 nəfər, o cümlədən bir uşaq təxliyə edilib. Xəsarət alanların ikisi xəstəxanaya yerləşdirilib.

Hadisə yerində operativ xidmətlər çalışır. Yanğının söndürülməsi davam edir. Yanğının söndürülməsində 47 nəfər və 16 texnika iştirak edir. Binanın mürəkkəb planlaması və konstruktiv xüsusiyyətləri xilasedicilərin işini çətinləşdirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.