• Home  
  • SEPAH: Hörmüz boğazında müharibə davam edir
- Dünya - Gündəm - Siyasət

SEPAH: Hörmüz boğazında müharibə davam edir

Hörmüz boğazında müharibə davam edir. Əks-səda “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. “Müharibə hələ də davam edir, qüvvələr hər gün və hər gecə Hörmüz boğazında, Oman dənizində, Fars körfəzində və müxtəlif bölgələrdə döyüşürlər, hər iki tərəf itki verir”, – SEPAH-dan bildirilib. Qeyd olunub ki, Hörmüz boğazı açıq […]

Siyasət

Hörmüz boğazında müharibə davam edir.

Əks-səda “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Müharibə hələ də davam edir, qüvvələr hər gün və hər gecə Hörmüz boğazında, Oman dənizində, Fars körfəzində və müxtəlif bölgələrdə döyüşürlər, hər iki tərəf itki verir”, – SEPAH-dan bildirilib.

Qeyd olunub ki, Hörmüz boğazı açıq deyil: “Amerika yalan danışır; əgər iddia etdiyi kimi qabiliyyətə malikdirsə, niyə indiyə qədər Hörmüz boğazını aça bilməyib?

Döyüş meydanında heç bir çatışmazlığımız yoxdur. Düşmənin çatışmazlığı var, onun önləyici raketləri tükənib və əvvəllər olduğu kimi öz əməliyyatlarını həyata keçirə bilmir”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.