• Home  
  • “Bayer 04″ün futbolçusu Ezekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər
- Dünya - Gündəm - Idman

“Bayer 04″ün futbolçusu Ezekiel Palasios karyerasını İngiltərədə davam etdirə bilər

Almaniyanın “Bayer 04” klubunun yarımmüdafiəçisi Ezekiel Palasios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Əks-səda insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu ilə “İpsviç” maraqlanır. İngiltərə klubu rəsmi təklifini Leverkuzen təmsilçisinə təqdim edib və cavab gözləyir. Qeyd edək ki, E.Palasios 2020-ci ildən Bundesliqa klubunun formasını geyinir. O, ötən mövsüm keçirdiyi 25 matçda […]

Almaniyanın “Bayer 04” klubunun yarımmüdafiəçisi Ezekiel Palasios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Əks-səda insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu ilə “İpsviç” maraqlanır.

İngiltərə klubu rəsmi təklifini Leverkuzen təmsilçisinə təqdim edib və cavab gözləyir.

Qeyd edək ki, E.Palasios 2020-ci ildən Bundesliqa klubunun formasını geyinir. O, ötən mövsüm keçirdiyi 25 matçda 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” portalı oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilədək nəzərdə tutulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.