• Home  
  • “Real”ın müdafiəçisi Ferlan Mendi 5 aydan sonra məşqlərə başlayıb
- Dünya - Gündəm - Idman

“Real”ın müdafiəçisi Ferlan Mendi 5 aydan sonra məşqlərə başlayıb

İspaniyanın “Real” (Madrid) klubunun fransalı müdafiəçisi Ferlan Mendi uzun fasilədən sonra məşqlərə başlayıb. Əks-səda “Marca” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun bərpa prosesi təxminən 5 ay çəkib. F.Mendi mayın 3-də İspaniya La Liqasında “Espanyol”la matçda sağ budunun vətərini zədələdikdən sonra meydana çıxmayıb. O, zədələndikdən bir həftə sonra əməliyyat olunub. Müdafiəçinin hələ rəsmi matçlarda iştirak […]

İdman

İspaniyanın “Real” (Madrid) klubunun fransalı müdafiəçisi Ferlan Mendi uzun fasilədən sonra məşqlərə başlayıb.

Əks-səda “Marca” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun bərpa prosesi təxminən 5 ay çəkib.

F.Mendi mayın 3-də İspaniya La Liqasında “Espanyol”la matçda sağ budunun vətərini zədələdikdən sonra meydana çıxmayıb. O, zədələndikdən bir həftə sonra əməliyyat olunub.

Müdafiəçinin hələ rəsmi matçlarda iştirak etməyə hazır olmadığı bildirilib. Onun komandaya tam qayıtması üçün fiziki formasını bərpa etməsi və klub həkimlərindən yekun tibbi icazə almasının tələb olunduğu qeyd edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.