• Home  
  • BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırıb
- Dünya - Gündəm - İQTİSADİYYAT

BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırıb

BƏƏ Yaxın Şərqdəki regional eskalasiya fonunda İranla bütün ticarəti dayandırıb. Əks-səda xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra Əl Hamelinin bəyanatında bildirilib. O, iki ölkə arasındakı iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı iddiaları rədd edib. Əl Hameli vurğulayıb ki, regional və beynəlxalq sülhü və təhlükəsizliyi sarsıdan regional eskalasiya ilə əlaqədar […]

BƏƏ Yaxın Şərqdəki regional eskalasiya fonunda İranla bütün ticarəti dayandırıb.

Əks-səda xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra Əl Hamelinin bəyanatında bildirilib.

O, iki ölkə arasındakı iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı iddiaları rədd edib.

Əl Hameli vurğulayıb ki, regional və beynəlxalq sülhü və təhlükəsizliyi sarsıdan regional eskalasiya ilə əlaqədar İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişə qədər dayandırılıb.

O, həmçinin bildirib ki, BƏƏ beynəlxalq hüquqa və ən yüksək dünya standartlarına uyğun olaraq beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunmasına əvvəlkitək qəti şəkildə sadiqdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.