ABŞ-nin Kaliforniya ştatında xaker milyonlarla şagirdin fərdi məlumatlarına çıxış əldə edib.
Əks-səda xəbər verir ki, bu barədə “Reuters” Kaliforniyanın Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, sızma son üç tədris ilindəki bütün şagirdlər barədə məlumatları əhatə edib. Təkcə 2025-2026-cı tədris ilində ştatda 5,7 milyondan çox məktəbli olub.
Müəyyən edilib ki, cinayətkar təhsil testlərinin keçirilməsi ilə məşğul olan “Educational Testing Service” (ETS) qeyri-kommersiya təşkilatının sisteminə çıxış əldə edib və 2026-cı il mayın 22-dən sentyabrın 18-dək olan məlumatları kopyalayıb.
Təhlükəsizlik pozuntusu sentyabrın 25-də aşkar edilib. Hazırda təşkilat zərərçəkmiş şagirdləri və onların ailələrini məlumatlandırır.
Nazirlikdən vurğulayıblar ki, oğurlanmış məlumatların yayımlanmasına dair hələ ki heç bir sübut aşkar edilməyib.
ETS-dən informasiya təhlükəsizliyi tədbirlərinin gücləndirildiyi bildirilib.


