• Home  
  • BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
- Dünya - Gündəm - Hadisə

BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dron hücumuna məruz qalan MT GEM No. 2 tankerindəki 22 hindistanlı dənizçinin hamısı xilas edilib. Əks-səda xəbər verir ki, bu barədə Hindistanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb. “Konsulluq Göyərtəsində 22 hindistanlı dənizçinin olduğu MT GEM No. 2 tankeri ilə bağlı hadisədən məlumatlıdır. Onların hamısı xilas edilib və təhlükəsizdir”, – diplomatik nümayəndəliyin […]

Hadisə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dron hücumuna məruz qalan MT GEM No. 2 tankerindəki 22 hindistanlı dənizçinin hamısı xilas edilib.

Əks-səda xəbər verir ki, bu barədə Hindistanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.

“Konsulluq Göyərtəsində 22 hindistanlı dənizçinin olduğu MT GEM No. 2 tankeri ilə bağlı hadisədən məlumatlıdır. Onların hamısı xilas edilib və təhlükəsizdir”, – diplomatik nümayəndəliyin açıqlamasında deyilir.

Daha əvvəl “The Indian Express” qəzeti Panama bayrağı altında üzən MT GEM No. 2 tankerinin BƏƏ sahillərində dron hücumuna məruz qaldığını xəbər verib.

Hadisənin səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.