• Home  
  • Ötən gecə Bakıya aylıq normadan çox yağıntı düşüb
- Cəmiyyət - Gündəm - Ölkə

Ötən gecə Bakıya aylıq normadan çox yağıntı düşüb

Azərbaycanın bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 1-i saat 10:00-a olan məlumatında qeyd edilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat […]

Hava

Azərbaycanın bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 1-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.

Rayonlarda düşən yağıntının miqdarı Şahdağda 51 (aylıq normanın 151 %-i), Qusarda 28 (aylıq normanın 83 %-i), Qəbələdə 18, Xızı, Xaltan, Şabranda 14, Qrızda 13, Xınalıq, Ağstafada 10, Lerik, Oğuzda 8, Zaqatala, Qax, Şəki, Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara, Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar, Daşkəsəndə 2, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə külək əsib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şirvanda 18, Culfada 17 m/s-yə çatıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.