• Home  
  • Bolqarıstanda hərbi zavodda bir ay ərzində ikinci partlayış olub
- Dünya - Gündəm - Hadisə

Bolqarıstanda hərbi zavodda bir ay ərzində ikinci partlayış olub

Bolqarıstanda “Emko” hərbi zavodunun anbarlarında yanğın və partlayışlar baş verib. Əks-səda xəbər verir ki, bu barədə “Nova” telekanalı yerli administrasiyanın bəyanatına istinadən məlumat yayıb. Hadisə sentyabrın 12-nə keçən gecə Tryavna şəhərinin yaxınlığında, Tsareva-Livada kəndində baş verib. Kanalın məlumatına görə, xəsarət alan yoxdur, anbarların mühafizə heyəti təxliyə edilib. Əhalinin həyatı üçün heç bir təhlükə yaranmayıb. İnsidentlə əlaqədar […]

Hadisə

Bolqarıstanda “Emko” hərbi zavodunun anbarlarında yanğın və partlayışlar baş verib.

Əks-səda xəbər verir ki, bu barədə “Nova” telekanalı yerli administrasiyanın bəyanatına istinadən məlumat yayıb.

Hadisə sentyabrın 12-nə keçən gecə Tryavna şəhərinin yaxınlığında, Tsareva-Livada kəndində baş verib. Kanalın məlumatına görə, xəsarət alan yoxdur, anbarların mühafizə heyəti təxliyə edilib. Əhalinin həyatı üçün heç bir təhlükə yaranmayıb.

İnsidentlə əlaqədar Bolqarıstanda fövqəladə hallar üzrə milli xəbərdarlıq sistemi aktivləşdirilib. Bu, hərbi zavodda bir ay ərzində baş verən ikinci partlayışdır. Birinci partlayış avqustun 10-da Tryavna yaxınlığındakı Belitsa kəndində baş verib. İlkin məlumata görə, yük maşını yanıb, həmçinin sursat anbarlarından birində yanğın baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.