• Home  
  • İranın Sistan və Bəlucistan vilayətində silahlı toqquşma baş verib
- Dünya - Gündəm - Hadisə

İranın Sistan və Bəlucistan vilayətində silahlı toqquşma baş verib

İranın Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında toqquşma baş verib. Əks-səda xəbər verir ki, terrorçu qruplaşmalardan birinin toplanma yeri aşkarlanıb və həmin obyektə zərbə endirilib. “İctimai təhlükəsizliyi pozmaq, təxribat və terror aktları həyata keçirmək niyyətində olan İran İslam Respublikası quruluşuna düşmən qruplaşmalar Saravan şəhərinin bir nöqtəsində toplaşmışdılar ki, inqilabi qüvvələrin […]

Hadisə

İranın Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında toqquşma baş verib.

Əks-səda xəbər verir ki, terrorçu qruplaşmalardan birinin toplanma yeri aşkarlanıb və həmin obyektə zərbə endirilib.

“İctimai təhlükəsizliyi pozmaq, təxribat və terror aktları həyata keçirmək niyyətində olan İran İslam Respublikası quruluşuna düşmən qruplaşmalar Saravan şəhərinin bir nöqtəsində toplaşmışdılar ki, inqilabi qüvvələrin kəşfiyyat nəzarəti və sayıqlığı nəticəsində qəfil yaxalanaraq ağır zərbəyə məruz qalıblar”, – məlumatda bildirilib.

Hələlik toqquşmada dəqiq itki, yaxud yaralıların sayı barədə rəsmi və ya təsdiqlənmiş məlumat verilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.