• Home  
  • Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapılıb
- Gündəm - Maraqlı - Ölkə

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapılıb

Cəlilabadda Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib. “Əks-səda” xəbər verir ki, rayonun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni elmi nəticələr əldə olunub. Tədqiqatlar zamanı dulus sobası aşkar edilib. Arxeoloqların qənaətinə görə, bu tapıntı Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyir. Eləcə də daş əmək alətləri, […]

Cəlilabadda Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib.

Əks-səda” xəbər verir ki, rayonun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni elmi nəticələr əldə olunub.

Tədqiqatlar zamanı dulus sobası aşkar edilib. Arxeoloqların qənaətinə görə, bu tapıntı Paşatəpənin qədim neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyir. Eləcə də daş əmək alətləri, əkinçilikdə istifadə olunduğu ehtimal edilən tam vəziyyətdə maral buynuzu və digər qiymətli arxeoloji nümunələr də üzə çıxıb.

Mütəxəssislər bildirirlər ki, tapıntılar üzərində aparılacaq elmi araşdırmalar Paşatəpədə yaşamış insanların təsərrüfatı və sənətkarlıq fəaliyyəti barədə daha dolğun məlumat əldə etməyə imkan verəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.