• Home  
  • “Çelsi” 16 yaşlı Visente Qarsiyanın transferini rəsmiləşdirməyə yaxındır
- Dünya - Gündəm - Idman

“Çelsi” 16 yaşlı Visente Qarsiyanın transferini rəsmiləşdirməyə yaxındır

İngiltərənin “Çelsi” klubu ABŞ təmsilçisi “Los-Anceles Qelaksi”nin 16 yaşlı yarımmüdafiəçisi Visente Qarsiyanın transferini yekunlaşdırmağa yaxındır. Əks-səda xəbər verir ki, bu barədə “The Athletic” nəşri yazıb. Qeyd olunur ki, London klubu bu keçid üçün 3 milyon avro xərcləyəcək. Tərəflər artıq transferin əsas şərtlərini razılaşdırıblar. Futbolçu 2028-ci ilin yayında, 18 yaşı tamam olanda “Çelsi”yə qoşulacaq. V.Qarsiya 2025-ci ilin yanvarında, […]

İngiltərənin “Çelsi” klubu ABŞ təmsilçisi “Los-Anceles Qelaksi”nin 16 yaşlı yarımmüdafiəçisi Visente Qarsiyanın transferini yekunlaşdırmağa yaxındır.

Əks-səda xəbər verir ki, bu barədə “The Athletic” nəşri yazıb.

Qeyd olunur ki, London klubu bu keçid üçün 3 milyon avro xərcləyəcək.

Tərəflər artıq transferin əsas şərtlərini razılaşdırıblar. Futbolçu 2028-ci ilin yayında, 18 yaşı tamam olanda “Çelsi”yə qoşulacaq.

V.Qarsiya 2025-ci ilin yanvarında, 14 yaş 198 günlüyündə “Los-Anceles Qelaksi” ilə peşəkar müqavilə imzalayıb. Yarımmüdafiəçi ABŞ və Meksika vətəndaşlığına malikdir və artıq hər iki ölkənin gənclər yığmalarına dəvət alıb.

O, cari mövsümdə “Los-Anceles Qelaksi”nin farm-klubu olan “Ventura Kaunti”də çıxış edir. Futbolçu 16 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.