Çexiyadakı 170 hava stansiyasından 39-u 16 avqustda temperatur rekordlarını qeydə alıb.
Əks-səda CTK agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Hidrometeorologiya İnstitutu məlumat yayıb.
Bazar günü ən isti temperatur ölkənin şərq bölgələrində – Moraviya və Sileziyada qeydə alınıb. Hodonin şəhəri yaxınlığında temperatur 37,6 dərəcəyə yüksəlib.
Meteoroloqların məlumatına görə, bu yay Çexiyada rekord səviyyədə istilərdən biri olacaq.
Hakimiyyət orqanları həmçinin ölkənin 88 %-ni əhatə edən quraqlığın genişlənməsindən narahatdırlar. Quraqlıqla mübarizə aparmaq üçün hökumət yaxın gələcəkdə 4 milyard kron (təxminən 190 milyon ABŞ dolları) ayıracaq.
Qeyd edək ki, 17 avqustda hökumət Baş nazir və nazirlərin məzuniyyətdən qayıtmasından sonra ilk iclasında quraqlıq vəziyyətini müzakirə edəcək.


