• Home  
  • Çində yeni qurbağa növü aşkarlanıb
- Dünya - Gündəm - Maraqlı

Çində yeni qurbağa növü aşkarlanıb

Çinin Haynan əyalətində elmə məlum olmayan yeni amfibiya növü – Haynan şırımlıbarmaqlı qurbağası (Rana hainan) aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Yeni növ Haynan Tropik Meşələr Milli Parkının ərazisində Haynan Pedaqoji Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aşkar edilib. Araşdırmanın nəticələri beynəlxalq elmi jurnal olan “ZooKeys”də dərc olunub. Alimlər 2024–2026-cı […]

Çinin Haynan əyalətində elmə məlum olmayan yeni amfibiya növü – Haynan şırımlıbarmaqlı qurbağası (Rana hainan) aşkarlanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Yeni növ Haynan Tropik Meşələr Milli Parkının ərazisində Haynan Pedaqoji Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aşkar edilib. Araşdırmanın nəticələri beynəlxalq elmi jurnal olan “ZooKeys”də dərc olunub.

Alimlər 2024–2026-cı illərdə milli parkda amfibiyaların öyrənilməsi məqsədilə çöl tədqiqatları aparıblar. Aşkar edilən qurbağaların fərqli xüsusiyyətləri onların əvvəllər elmə məlum olmayan ayrıca növə aid olduğunu müəyyən etməyə imkan verib. Nəticələr molekulyar-filogenetik təhlil və morfoloji xüsusiyyətlərin öyrənilməsi ilə təsdiqlənib.

Hazırda Haynan şırımlıbarmaqlı qurbağasına yalnız milli parkın bir neçə mühafizə olunan ərazisində rast gəlinir. Bu növ əsasən dəniz səviyyəsindən 350–950 metr yüksəklikdə yerləşən tropik meşələrdə, xüsusilə həmişəyaşıl enliyarpaqlı meşələrdə yaşayır.

Haynan Pedaqoji Universitetinin Biologiya Elmləri fakültəsinin dekanı Van Tszitsyao bu kəşfi milli parkın və ona bitişik ərazilərin biomüxtəlifliyinin öyrənilməsi baxımından mühüm nəticə adlandırıb.

Park administrasiyasının məlumatına görə, son beş ildə burada 90-dan çox yeni heyvan və bitki növü aşkar edilib. Bununla yanaşı, Haynan əyalətindəki ilkin meşələrin 95%-dən çoxu və təbii meşə massivlərinin 55%-dən artıq hissəsi effektiv mühafizə altına alınıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.