• Home  
  • SEPAH Bəhreyndəki hərbi bazanın məhv edildiyini bəyan edib
- Dünya - Gündəm

SEPAH Bəhreyndəki hərbi bazanın məhv edildiyini bəyan edib

İranda Şeyx İsadakı Bəhreyn bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirildiyi bəyan edilib. “Əks-səda” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. Qeyd olunub ki, zərbələrin hədəfi ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən rabitə və radiolokasiya sistemləri, o cümlədən “Super Hawk” radarları və “Patriot” qurğuları […]

İranda Şeyx İsadakı Bəhreyn bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirildiyi bəyan edilib.

Əks-səda” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, zərbələrin hədəfi ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə edilən rabitə və radiolokasiya sistemləri, o cümlədən “Super Hawk” radarları və “Patriot” qurğuları olub. Eyni zamanda, qırıcılar üçün yanacaq nasos stansiyasının tamamilə məhv edildiyi bəyan edilib.

SEPAH-dan bildirilib ki, baza tamamilə məhv edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.