• Home  
  • Prezident İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib
- Manşet - Rəsmi

Prezident İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib. “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd […]

Prezident İlham Əliyev

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.

“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 il sonra – üç il əvvəl icra olundu. Lakin, təəssüf ki, BMT bu qətnamələrin həyata keçirilməsində heç bir rol oynamadı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə tam bərpa etdi”, – dövlət başçısı bildirib.

İlham Əliyev BMT Təhlükəsizlik Şurası qətnamələrinin qısa müddətdə icrasını təmin edəcək müvafiq mexanizmlərin işlənib hazırlanmasının zəruriliyini vurğulayıb.

“Əgər həyata keçirilərsə, BMT-nin nüfuzu yüksələcək və Təşkilatın münaqişələrin nizamlanmasında rolu güclənəcək”, – Azərbaycan Prezidenti qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.