• Home  
  • Çinin Lyaonin əyalətində rezin qayıqdakı partlayış səbəbindən 7 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Çinin Lyaonin əyalətində rezin qayıqdakı partlayış səbəbindən 7 nəfər ölüb

Çinin Lyaonin əyalətində Mopanşan adası yaxınlığındakı sularda rezin qayıqda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 1 nəfər itkin düşüb. “Əks-səda” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qayıqda 13 nəfər olub. Yaralanan 5 nəfər müalicə üçün xəstəxanaya çatdırılıb, onlardan 2-nin vəziyyəti ağırdır. İlkin araşdırma göstərib ki, qayıqdakı insanlar su […]

Çinin Lyaonin əyalətində Mopanşan adası yaxınlığındakı sularda rezin qayıqda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Əks-səda” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qayıqda 13 nəfər olub. Yaralanan 5 nəfər müalicə üçün xəstəxanaya çatdırılıb, onlardan 2-nin vəziyyəti ağırdır.

İlkin araşdırma göstərib ki, qayıqdakı insanlar su çəkilən zaman molyusk toplamağa gedən yerli sakinlər olublar. Geri qayıdarkən operator ehtimal edilən yanacaq sızmasından sonra mühərriki yenidən işə salmağa cəhd edən zaman partlayış baş verib.

Hazırda partlayışın dəqiq səbəbi araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.