• Home  
  • Conni Depp yenidən Cek Sərçə rolunu oynaya bilər
- Dünya - Gündəm - Maqazin

Conni Depp yenidən Cek Sərçə rolunu oynaya bilər

Prodüser Cerri Brukhaymer aktyor Conni Depp ilə “Karib dənizinin quldurları” filminin altıncı hissəsində rol almaq üçün danışıqların aparıldığını açıqlayıb. Əks-səda “Deadline”a istinadən xəbər verir ki, Brukhaymer qeyd edib ki, rejissorlar ssenari üzərində işləyirlər və layihəni həyata keçirəcəklərinə ümid edirlər. Nəşrin mənbələrinin məlumatına görə isə, C.Deppin personajı kapitan Cek Sərçə yeni hissədə filmin baş qəhrəmanı əvəzinə ikinci […]

Prodüser Cerri Brukhaymer aktyor Conni Depp ilə “Karib dənizinin quldurları” filminin altıncı hissəsində rol almaq üçün danışıqların aparıldığını açıqlayıb.

Əks-səda “Deadline”a istinadən xəbər verir ki, Brukhaymer qeyd edib ki, rejissorlar ssenari üzərində işləyirlər və layihəni həyata keçirəcəklərinə ümid edirlər.

Nəşrin mənbələrinin məlumatına görə isə, C.Deppin personajı kapitan Cek Sərçə yeni hissədə filmin baş qəhrəmanı əvəzinə ikinci dərəcəli personaj kimi görünəcək.

Xatırladaq ki, franşizanın son hissəsi olan “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” 2017-ci ildə nümayiş olunub və dünya kirayəsi üzrə təxminən 794 milyon dollar gəlir əldə edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.