• Home  
  • Didye Deşam “Əl-Əhli” klubunu çalışdırmaqdan imtina edib
- Dünya - Gündəm - Idman

Didye Deşam “Əl-Əhli” klubunu çalışdırmaqdan imtina edib

Fransa yığmasının sabiq baş məşqçisi Didye Deşam Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırmaqdan imtina edib. Əks-səda xəbər verir ki, 57 yaşlı mütəxəssis klubla danışıqlar aparsa da, tərəflər anlaşa bilməyiblər. Təyinatın baş tutmamasına əsas səbəb Səudiyyə Ərəbistanı futbolunda qərarların qəbul edilməsi prosesindəki xüsusiyyətlər və yekun sözün ölkənin Dövlət İnvestisiya Fonduna (PIF) məxsus olmasıdır. Qeyd edək ki, D.Deşam 14 […]

Fransa yığmasının sabiq baş məşqçisi Didye Deşam Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdırmaqdan imtina edib.

Əks-səda xəbər verir ki, 57 yaşlı mütəxəssis klubla danışıqlar aparsa da, tərəflər anlaşa bilməyiblər.

Təyinatın baş tutmamasına əsas səbəb Səudiyyə Ərəbistanı futbolunda qərarların qəbul edilməsi prosesindəki xüsusiyyətlər və yekun sözün ölkənin Dövlət İnvestisiya Fonduna (PIF) məxsus olmasıdır.

Qeyd edək ki, D.Deşam 14 illik fəaliyyətdən sonra, DÇ-2026-nın ardından Fransa millisindən ayrılıb. O, karyerası ərzində ölkəsində “Marsel”, “Monako”, İtaliyada “Yuventus” klublarını çalışdırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.