• Home  
  • Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb

Türkiyənin şimalındakı Çankırı şəhərində ağır avtomobil qəzası baş verib, dörd nəfər ölüb. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, şəhər istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməsini itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü Rəcəb Yazıçı (74) və sərnişinlər – Aişə Öztürk (56), Fatma Duman (74) və Kibar Yılmaz həlak olublar. Yaralanan bir nəfər isə […]

Türkiyənin şimalındakı Çankırı şəhərində ağır avtomobil qəzası baş verib, dörd nəfər ölüb.

Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, şəhər istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməsini itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü Rəcəb Yazıçı (74) və sərnişinlər – Aişə Öztürk (56), Fatma Duman (74) və Kibar Yılmaz həlak olublar. Yaralanan bir nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma başladılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.