• Home  
  • Dombrava: Latviya Belarusla sərhədi bağlayıb
- Dünya - Gündəm - Siyasət

Dombrava: Latviya Belarusla sərhədi bağlayıb

Latviya Belarusla sərhədi bağlayıb, vətəndaşlara ölkəyə qayıtmaq üçün digər marşrutlardan istifadə etmələri tövsiyə olunur. Əks-səda xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkələrdə məlumat verib. “Texniki səbəblərə görə Latviya-Belarus sərhədi bağlanıb. Hələ Latviyaya qayıtmayanlardan digər marşrutlardan istifadə etmələrini xahiş edirik”, – Dombrava qeyd edib. Latviya Dövlət Sərhəd Xidmətindən “Paternieki” sərhəd nəzarət məntəqəsində […]

Latviya Belarusla sərhədi bağlayıb, vətəndaşlara ölkəyə qayıtmaq üçün digər marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Əks-səda xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava sosial şəbəkələrdə məlumat verib.

“Texniki səbəblərə görə Latviya-Belarus sərhədi bağlanıb. Hələ Latviyaya qayıtmayanlardan digər marşrutlardan istifadə etmələrini xahiş edirik”, – Dombrava qeyd edib.

Latviya Dövlət Sərhəd Xidmətindən “Paternieki” sərhəd nəzarət məntəqəsində informasiya sistemlərinin işində nasazlığın yarandığını və bu səbəbdən sərhəd nəzarətinin həyata keçirilməsinin müvəqqəti olaraq qeyri-mümkün olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, daha əvvəl Dombrava Latviya vətəndaşlarını Belarusa səfər etməkdən çəkinməyə çağırmışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.