• Home  
  • “YAŞAT” Fondu bu il tələbə olan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə pul mükafatı verəcək
- Cəmiyyət - Gündəm - Ölkə - Sosial

“YAŞAT” Fondu bu il tələbə olan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə pul mükafatı verəcək

“YAŞAT” Fondu 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim edəcək. Əks-səda xəbər verir ki, bu barədə Fonddan məlumat verilib. Bildirilib ki, bu məqsədlə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmin şəxslərlə görüşüb. İlk dəfə tələbə adını […]

Cəmiyyət

“YAŞAT” Fondu 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim edəcək.

Əks-səda xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmin şəxslərlə görüşüb.

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Mükafat üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul imtahanında 400 bal və yuxarı, subbakalavr pilləsində isə 90 bal və yuxarı nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olan, həmçinin dünya reytinqində ilk 1000-likdə yer alan universitetlərdən birinə qəbul olan şəxslər müraciət edə bilərlər.

Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.